Bu gün saat 15:00-dan etibarən 2-7-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.
“İki sahil” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, noyabrın 5-i saat 15:00-dan isə 8-11-ci sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi aktivləşdiriləcək. Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, məktəbəhazırlıq qrupları və birinci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.
Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır - Nazirlik
Nazir Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb VİDEO, FOTO
Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər
Vəkillər Kollegiyasının rəhbərliyi vəkillər üçün keçirilən təlimdə iştirak ediblər