04 noyabr 2026 15:14
162

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

 

Azərbaycanda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizə səfər edən nümayəndə heyətlərinin rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.