28 avqust 2026 21:06
100

İstanbulda avtobus divara çırpılıb: Bir nəfər ölüb, 17 yaralı var

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu yaşayış kompleksinin divarına çırpılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Qəza nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 2-si ağır olmaqla, 17 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib, avtobusda sıxışan sürücü isə yanğınsöndürənlər tərəfindən xilas edilib.

Hadisə ilə bağlı araşdırma başlanıb. Qəza səbəbindən yan yolun Bakırköy istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.