27 avqust 2026 13:30
146

Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək

 Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28–30 avqust tarixlərində İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı (10 kişi, 4 qadın) ilə mübarizə aparacaq.

 Kollektivə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcəklər.

Üç gün davam edəcək turnirdə 78 ölkədən 518 cüdoçu (309 kişi, 209 qadın) tatamiyə çıxacaq.

 Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Qadınlar 

-52 kq
Gültac Məmmədəliyeva 
Leyla Əliyeva 

-70 kq
Südabə Ağayeva 

+78 kq
Madina Kaisinova

Kişilər

-60 kq
Əhməd Yusifov 

-66 kq
Turan Bayramov 
Ruslan Paşayev 

-73 kq
Kamran Süleymanov 
Rəşid Məmmədəliyev 

-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə 

-90 kq
Vüqar Talıbov 

+100 kq
Kənan Nəsibov 
Uşanqi Kokauri