28 avqust 2026 21:21
107

Sardiniyada yanğınlar səbəbindən 100-dən çox insan təxliyə edilib

İtaliyanın Sardiniya regionunda Olyastra şəhəri yaxınlığındakı meşədə başlayan yanğın səbəbindən 100-dən çox insan təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mediası şəhər meri Ancelo Stoçinoya istinadən məlumat yayıb.

Təxliyə edilənlər arasında olan 60 nəfər dövlət mühafizəsində olan, psixi pozğunluqlu şəxslər üçün müəssisənin pasiyentləridir.

"Kənd yerlərindəki pərakəndə evlərin və şəhər kənarındakı bəzi evlərin sakinləri də təxliyə edilib. Vəziyyət dramatikdir", - mer qeyd edib.