27 avqust 2026 11:59
108

Çin Yaponiya ilə münasibətlərdə çətinliklərin olduğunu açıqlayıb

Çin və Yaponiya münasibətlərindəki mövcud çətinliklər Yaponiya hakimiyyətinin Çin, Tayvan və hərbi təhlükəsizliklə bağlı məsələlərdə atdığı yanlış addımlardan qaynaqlanır.

“İki sahil” xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Ciyan bəyan edib.

"Hazırda Çin-Yaponiya münasibətləri ciddi çətinliklərlə üz-üzədir. Bunun köklü səbəbi Yaponiya hakimiyyətinin Çin, Tayvan və hərbi təhlükəsizliyə toxunan məsələlərdə atdığı bir sıra yanlış addımlardadır", — deyə o bildirib.

Lin Ciyan Tokionu öz yanaşmasına yenidən baxmağa, Çin və Yaponiya arasındakı dörd siyasi sənədin prinsiplərinə əməl etməyə və konkrekt addımlarla ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına töhfə verməyə çağırıb.