27 avqust 2026 11:43
96

İsrail Qəzza Dəstək Mərkəzindəki britaniyalı nümayəndələri ölkədən çıxara bilər

İsrail Baş nazir Binyamin Netanyahunun hökumət siyasətinin tənqid edilməsinə görə Kiryat-Qatdakı Qəzza zolağına dəstək mərkəzindən Böyük Britaniya və digər Avropa nümayəndələrini ölkədən çıxarmaq imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, son həftələrdə İsrail hökumətində HƏMAS və İsrail arasında atəşkəsə nəzarət etmək üçün yaradılmış qərargah olan Qəzza üzrə Beynəlxalq Dəstək Mərkəzindən Böyük Britaniya nümayəndələrinin qovulması müzakirə olunub. FT-nin mənbələri iddia edir ki, oxşar tədbirlər İtaliya və Almaniyaya münasibətdə də nəzərdən keçirilib. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, İsrail daha əvvəl İspaniya və Niderland nümayəndələrini qovduğu üçün Londonun mövqeyinin kəskinləşməsinə də "cavab reaksiyası"nın olacağını gözləmək məntiqəuyğundur.

Nəşr xatırladır ki, keçən ay Böyük Britaniyanın Baş naziri Endi Bernem İsrail məskunlaşma məntəqələrindən gələn malların ticarətinə potensial qadağanın qoyulacağını bəyan edib. Parlamentin 140-dan çox üzvü belə bir qadağanın tətbiq olunması tələbi ilə məktub imzalayıb. Bundan əlavə, krallığın xarici işlər naziri Milibənd Qüds yaxınlığındakı E-1 məskunlaşma məntəqəsinin tikintisini pisləyərək "Britaniyanın kənarda durub 'iki xalq üçün iki dövlət' həlli yolunun məhv edilməsini izləməyəcəyini" bildirib.