Ukrayna və ABŞ Kiyevə hər ay "Patriot" hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket əleyhinə vasitələrin tədarük edilməsi barədə razılığa gəliblər.
“İki sahil” "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, HHM üçün raketlərlə bağlı Ukraynaya ən çox məhz ABŞ kömək edə bilər.
"ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr tədarük edəcək. Bununla bağlı razılaşmamız var", - Zelenski deyib.