Türkiyə Rusiyanın və Ukraynanın bölgədə gəmilərə qarşı artan hücumları fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi neft və taxıl ixracının əsas mərkəzlərindən biri olan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət edən bir neçə gəmiyə bildirib ki, hazırda belə gəmilərin keçidinə icazələr ya verilmir, ya da Dardanel boğazından keçid müraciətlərinə baxılması əlavə vaxt tələb edir.
Bununla belə, məhdudiyyətlərin dəqiq qüvvədə olma müddəti və miqyası hələlik bilinmir.
Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Əraqçi: Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək