29 iyul 2026 20:20
101

AFFA-nın baş katibi çimərlik futbolu üzrə milli üzvləri ilə görüşdü

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın məşqçi heyəti və futbolçuları iştirak ediblər.

Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib millimizə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.