"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb.
Bu barədə "İki sahil"ə Premyer Liqa təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası millisinə qarşı keçiriləcək oyunlar üçün Benin millisinin heyətinə çağırılıb.