Venesuela Səhiyyə Nazirliyi hantavirus diaqnozu təsdiqlənmiş üç pasiyentin vəfat etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.
"Böyük təəssüf hissi ilə bildiririk ki, Ansoateqi ştatında hantavirus diaqnozu təsdiqlənmiş üç pasiyent vəfat edib. Virus kənd təsərrüfatı bölgələrində gəmiricilər vasitəsilə yayılır. Ölkədə virusun insandan insana keçdiyini təsdiqləyən elmi sübut mövcud deyil", – məlumatda qeyd olunub.
Makron: Süni intellekt məhdud dairənin və şirkətlərin nəzarətində olmamalıdır
Rütte Avropanın ABŞ olmadan hərbi əməliyyatlar keçirməsini mümkün hesab etmir