25 sentyabr 2026 12:26
96

Litvada yeni səfərbərlik sistemi sınaqdan keçirilir

Litvada yeni səfərbərlik sisteminin sınaqdan keçirilməsi üzrə milli miqyaslı təlimlər keçirilir. Təlimlərin keçirilməsinə cavabdeh olan hökumət dəftərxanasından qeyd edildiyi kimi, bunlar ən irimiqyaslı illik təlimlərdir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Oktyabrın 3-dək davam edəcək məşq zamanı təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi, energetika və rabitə sistemlərinin işində fasilələr yaranması, Litvaya göndərilən müttəfiq hərbi bölmələrinin qəbulu, kritik infrastrukturun işinin təmin edilməsi və səfərbərlik tədbirləri rejiminə keçid halları baş verərsə, dövlət strukturlarının hərəkətləri qiymətləndirilməlidir", – deyə Nazirlər Kabinetinin dəftərxanasının məlumatında bildirilir.

Təlimlərdə təqribən 3 min dövlət qulluqçusu və təxminən 1 min könüllü iştirak edəcək.