Ukrayna prezidenti Vladimir Zelenski iddia edir ki, ABŞ Prezidenti Donald Trampla son görüşündə o, Kiyevə "Patriot" PRO kompleksləri üçün raketlərin istehsalına dair lisenziyanın verilməsi ilə bağlı yekun qərar qəbul edildiyini bildirib.
“İki sahil” xəbər verir ki, onun sözlərini "Novosti. Live" nəşri sitat gətirib.
"Konkret razılaşmalar mövcuddur. Prezident Tramp mənimlə son görüşündə vurğuladı ki, bəli, mən yekun qərar qəbul etmişəm, Ukrayna "Patriot" raketlərinin istehsalı üçün lisenziyalar alacaq",- deyə Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Zelenski raketlərin məhz hansı modifikasiyasından söhbət getdiyini dəqiqləşdirməyib. Daha əvvəl Tramp bildirmişdi ki, müzakirələr bu növ döyüş sursatlarının köhnəlmiş variantlarına aiddir.
Rütte Avropanın ABŞ olmadan hərbi əməliyyatlar keçirməsini mümkün hesab etmir