Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, süni intellektin (Sİ) məhdu bir dairənin və şirkətlərin nəzarətində qalmasının qarşısını almaq üçün onun tənzimlənməsi üzrə beynəlxalq təşkilat yaratmaq lazımdır.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Fransa lideri Yelisey sarayında Roma Papası XIV Lev ilə görüşündə bildirib.
"Texnoloji tərəqqini, ədaləti və humanizmi birləşdirən beynəlxalq təşkilatın səsi zəruridir", – deyə Makron bildirib.
Makronun sözlərinə görə, ən qabaqcıl Sİ modellərinin bütün bəşəriyyət əvəzinə qərar verəcək dar bir dairənin əlində keçməsinə yol vermək olmaz.