Rusiya Federasiyasının hökuməti rəqəmsal platformaların inkişafı məsələləri üzrə daimi fəaliyyət göstərən xüsusi alt komissiyanın yaradılması haqqında qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, Baş nazirin müavini Dmitri Qriqorenko bu addımla Rusiyada rəqəmsal platformaların inkişafı üzrə operativ qərargahın yaradıldığını vurğulayıb.
Alt komissiyanın tərkibinə rəqəmsal platformaların inkişafı sahəsinə cavabdeh olan federal icra hakimiyyəti orqanlarının nümayəndələri daxil ediləcək. Üvlərin tam və dəqiq siyahısı hökumətin ayrı-ayrı sərəncamı ilə təsdiqlənəcək.
Qriqorenko rəqəmsal sektorun tənzimlənməsinin vacibliyini belə izah edib: "Platforma iqtisadiyyatı çox sürətlə inkişaf edən, dinamik və yüksək texnologiyalı bir sektordur... Hüquqi tənzimləmə innovasiyaların tətbiqi sürəti ilə ayaqlaşmalı və eyni zamanda bu sahənin inkişafına mane olmamalı, onu hərtərəfli dəstəkləməlidir."