Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının istehsalının birgə başladılması barədə razılığa gəlib.
“İki sahil”in "RBK-Ukraina"ya istinadən xəbər verir ki, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar.
Razılaşma çərçivəsində Kanadada yeni müəssisə yaradılacaq, istehsal olunan dronlar isə Ukrayna Silahlı Qüvvələrinə göndəriləcək.
"Ukraynanın "Airlogix" müdafiə texnologiyaları şirkəti ilə Kanadanın pilotsuz sistemlər istehsalçısı "Sentinel Research and Development" arasında "Airlogix-Sentinel" adlı yeni birgə müəssisə yaradılır", - məlumatda deyilir.
Layihə Ukrayna və Kanada hökumətlərinin dəstəyi ilə həyata keçiriləcək ki, bu da Ukrayna hərbçilərinə kəşfiyyat və əməliyyat planlaması vasitələrinin tədarükünü sürətləndirməyə imkan verəcək.
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək