04 noyabr 2026 23:23
117

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ona qarşı mümkün impiçment təşəbbüsündən narahat olmadığını bildirib.

“İki sahil” xəbər verir ki, Tramp jurnalistlərin impiçment ehtimalı ilə bağlı sualını cavablandırarkən demokratların belə bir addım atmasının onların öz partiyaları üçün ciddi nəticələr doğuracağını deyib.

“Zərrə qədər də narahat deyiləm. Düşünürəm ki, demokratlar bunu etsələr, partiyasını məhv edərlər. Axı nəyə görə? Ölkəni uğurla idarə etdiyimə görə?” – deyə ABŞ Prezidenti vurğulayıb.