Budapeşt Avropa Komissiyası (AK) ilə tarixi irəliləyişə nail olub.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşdən sonra Brüsseldə keçirdiyi brifinqdə bəyan edib.
O bildirib ki, Macarıstanın zəruri islahatları, ilk növbədə, antikorrupsiya islahatlarını həyata keçirdikdən sonra ala biləcəyi 16,4 milyard avronun blokdan çıxarılması təmin edilib: "Biz tarixi irəliləyişə - Macarıstan xalqı üçün son dərəcə vacib olan razılaşmaya nail olduq".
P. Madyarın sözlərinə görə, vəsaitlər kiçik və orta biznesin, nəqliyyatın, səhiyyənin, təhsilin və enerji infrastrukturunun dəstəklənməsinə yönəldiləcək.
O vurğulayıb ki, Brüssellə razılaşma siyasi xarakter daşıyır. O qeyd edib ki, Macarıstan hökuməti islahatların keçirilməsi üçün sabit parlament çoxluğuna malikdir.
P.Madyar sabiq baş nazir Viktor Orbanın hökumətini kəskin tənqid edərək bildirib ki, hakimiyyət Avropa maliyyələşməsinin dondurulmasının səbəbləri barədə "Macarıstan xalqına yalan danışıb".
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib