ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib və onun fəaliyyətini yüksək qiymətləndirib.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında danışıb.
Pentaqon rəhbərinin vəzifəsindən azad edilməsi ehtimalı ilə bağlı suala cavab verən ABŞ lideri deyib: "Xeyr, hesab edirəm ki, o, işinin öhdəsindən çox yaxşı gəlir".
Qeyd edək ki, bundan əvvəl CBS News telekanalı öz mənbələrinə istinadən Trampın müşavirləri ilə Pit Heqsetin istefaya göndərilməsi ehtimalını müzakirə etdiyini bildirmişdi.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib