Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Rusiya dronunun Rumıniya ərazisinə düşməsini pisləyib.
“İki sahil” xəbər verir ki, A.Koşta bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Rumıniyanın milli hava məkanının və beynəlxalq hüququn bu pozulmasını qətiyyətlə pisləyirəm. Aİ sanksiyalar vasitəsilə Rusiyaya təzyiqin artırılmasında və müdafiə imkanlarının, xüsusilə şərq sərhədimiz boyunca gücləndirilməsində vahid mövqedən çıxış edir", - o yazıb.
Çexiyanın Baş naziri Andrey Babiş də hadisə ilə bağlı narazılığını ifadə edib.
O qeyd edib ki, Çexiya NATO müttəfiqlərini qətiyyətlə dəstəkləyir və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü pisləyir.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib