İslandiya İsveçrəni geridə qoyaraq dünyanın yaşayış üçün ən bahalı ölkəsinə çevrilib.
“İki sahil” xəbər verir ki, bu barədə İsveçin TT agentliyi məlumat yayıb.
Bildirilib ki, mütəxəssislər öz hesablamalarında "Eurostat" və İslandiyanın mərkəzi bankı "Sedlabanki"nin məlumatlarına əsaslanıblar. Qeyd olunub ki, ölkədə qiymətlər İsveçrə ilə müqayisədə təxminən 3% daha yüksəkdir. Qiymət artımının əhəmiyyətli hissəsi ada iqtisadiyyatının əsasını turizmin təşkil etməsi ilə bağlıdır ki, bu da xidmət sektorunda inflyasiyanın və ölkədə əməkhaqqının artmasına gətirib çıxarır.
Digər səbəb isə turizm sahəsi də daxil olmaqla mənzil qiymətlərinin yüksək olmasıdır. Mütəxəssislərin fikrincə, İslandiya əməktutumlu sahələrdən həddən artıq asılıdır və bu, inflyasiya təzyiqi yaratmağa davam edəcək.
"Eurostat"ınn məlumatlarına əsasən, İslandiyada qiymətlər sonuncu dəfə 2018-ci ildə İsveçrədəkindən yüksək olub.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib