Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə mayın 29-30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Göyçay, Ağdaş, Ucar, Zərdab, Göygöl, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Lerik, Yardımlı, Qobustan, Quba, Qusar, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq
Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib