05 noyabr 2026 10:21
151

Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də bir sıra ərazilərdə yerləşən bəzi Transformator Məntəqələrində (TM), eləcə də 10 və 110 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən “İki sahil”ə bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan 14:00-dək Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi Qasım bəy Hacıbababəyov və Zahid Qəmbərov küçələrində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 09:30-dan 12:00-dək Xətai rayonu Həzi Aslanov qəsəbəsində yerləşən bir sıra yaşayış sahələrini əhatə edəcək.

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Pirşağı bağları massivinin müəyyən qismində saat 10:00-dan 12:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Xəzər rayonu Binə Sovxoz yaşayış massivində yerləşən Əli İsazadə küçəsində planlı fasilə saat 10:00-dan 14:00-dək davam edəcək.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.