27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib.
“İki sahil” xəbər verir ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıq heyvanlar baytar mütəxəssislərin nəzarəti altında satışa çıxarılıb. Yarmarkada qonaqlar üçün yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün əyləncə zonaları fəaliyyət göstərib.
Festival Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil olunub. Qurbanlıq heyvanların sağlam və təhlükəsiz şəraitdə satışının və kəsiminin təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Həmçinin AQTİ-nin xüsusi avadanlıqlarla təhciz olunmuş biotəhlükəsizlik laboratoriyalarının və dezinfeksiya tədbirləri üçün əraziyə cəlb olunmuş AXA mütəxəssislərinin də iştirakı ilə keçirilən tədbirdə yerli sakinlər müvafiq qaydalara uyğun şəkildə Qurban bayramını qeyd ediblər. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd təsərrüfatı fəaliyyətini təşviq etmək və qurbanlıq heyvanların alışını daha rahat və təşkilatlanmış formada həyata keçirməkdir. Korporativ və sosial məqsədli qurban paylarının təşkili üçün platforma rolunu oynayacaq tədbir şirkət və qurumların birbaşa fermerlərlə işgüzar əlaqələrini də təmin edib.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq
Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib