“AzerGold” QSC müqəddəs Qurban bayramı münasibətilə növbəti genişmiqyaslı sosial aksiya həyata keçirib. Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələri əhatə edən aksiya çərçivəsində Daşkəsən və Göygöl rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayan 500-ə yaxın ailəyə bayram sovqatları təqdim olunub.
“İki sahil” xəbər verir ki, sosial yardım kampaniyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonununu, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərini, həmçinin Daşkəsən rayonunda yaşayan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini, müharibə iştirakçılarını, eləcə də sosial qayğıya ehtiyacı olan ailələri əhatə edib. Qurban bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə birlikdə ailələri ziyarət edilib, “AzerGold” QSC kollektivi adından səmimi bayram təbrikləri çatdırılıb, müxtəlif növ zəruri ərzaq məhsullarından ibarət sovqatlar və qurban payları təqdim olunub.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən mütəmadi olaraq müxtəlif sosialyönümlü layihələr, humanitar aksiyalar və icma dəstəyi proqramları həyata keçirilir. Bu təşəbbüslər regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq
Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib