Müqəddəs Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib.
“İki sahil” xəbər verir ki, bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib.
Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.
Kəsimdən əvvəl və sonra ərazinin dezinfeksiya edilməsi, aidiyyəti qurumlar tərəfindən tullantıların daşınması işləri həyata keçirilməkdədir.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq
Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib