Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib. Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb. Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq
Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib