Çexiyanın şimal-şərqində dəmir yolunun fəaliyyətini təmin edən sistemlərdən kabellərin oğurlanması səbəbindən onlarla qatar dayanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Novinky” məlumat yayıb.
Qeyd edilib ki, hadisə Olomouc və Ostrava şəhərləri arasındakı dəmir yolunun bir hissəsində baş verib. Yüzlərlə sərnişin daşıyan qatar xidməti bazar günü axşamı dayandırılıb. Bir neçə saat sonra qismən xidmət bərpa edilib. Dəmir yolu nəqliyyatındakı problemlərin bazar ertəsi günü tam həll olunacağı gözlənilir.
Polis üç şübhəlini saxlayıb. Çexiya mediasının məlumatına görə, onlar qatarların təhlükəsiz hərəkətini təmin edən açarları, svetoforları və digər infrastrukturu idarə etmək üçün lazım olan xeyli sayda kabeli kəsib oğurlayıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib