"LVM3-M5" raket daşıyıcısı Hindistan Hərbi Dəniz Qüvvələri üçün GSAT-7R (CMS-03) kosmik rabitə peykini Yer orbitinə uğurla buraxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.
Bildirilib ki, raket yerli vaxtla saat 17:26-da Hindistanın cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dhavan Kosmik Mərkəzinin buraxılış meydançasından buraxılıb.
Peyk Hind okeanı bölgəsində Hindistan döyüş gəmiləri, sualtı qayıqları, təyyarələri və sahil komanda məntəqələri arasında etibarlı real vaxt rabitəsi təmin etmək üçün nəzərdə tutulub.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib