ABŞ nüvə silahı sınaqlarının bir hissəsi olaraq zəncirvari nüvə reaksiyası yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin rəhbəri Kris Rayt "Fox News"a müsahibəsində bildirib.
"Bəhs etdiyimiz sınaqlar test sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, nüvə silahının bütün digər hissələrinin düzgün həndəsə yaratdığına və nüvə partlayışına səbəb ola biləcəyinə əmin olmaq üçün sınaqdan keçirildiyi subkritik partlayışlardır", - o deyib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlayıb.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib