ABŞ-ın Ohayo ştatının şimali-şərqindəki Bat şəhərində yeniyetmələr üçün keçirilən əyləncə mərasimində atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb.
“İki sahil” bu barədə "Associated Press" (AP) məlumat yayıb.
"Bazar günü yeniyetmələrin əyləncə üçün toplaşıb, kirayəyə götürdükləri böyük evdə atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb", - AP bildirib.
"Zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur. Azı bir nəfərin xəsarətləri yıxılma nəticəsində ola bilər", - polis rəisi Vito Sinopoli bildirib. O əlavə edib ki, yaralılar arasında həm həddi-büluğa çatmayanlar, həm də böyüklər ola bilər.
FOX telekanalının yerli filialı hadisədə azı bir nəfərin öldüyünü bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsiyyəti açıqlanmayan şübhəlini saxlayıb.
Hadisənin səbəbləri araşdırılır.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib