Berlində terror aktı hazırlığında şübhəli bilinən şəxs polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild” qəzeti təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.
Məlumata əsasən, 2023-cü ildən Almaniyada yaşayan Suriya vətəndaşı Abdalla R. adlı şəxsin kamikadze hücumu törətməyi planlaşdırdığı ehtimal edilir. Onun yaşadığı üç fərqli ünvanda aparılan axtarışlar zamanı partlayıcı qurğuların hazırlanması üçün lazımi materiallar aşkar edilərək götürülüb. Təqsirləndirilən şəxsin həmin materialları internet vasitəsilə sifariş verdiyi ehtimal olunur.
Saxlanılan şəxsin “İslam Dövləti” (İŞİD) terror təşkilatının tərəfdarı olduğu, sosial şəbəkələrdə həmin təşkilatın təbliğat xarakterli materiallarını paylaşdığı müəyyən edilib. O, dövlət təhlükəsizliyinə qarşı ağır cinayətə hazırlaşmaqda ittiham olunur.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib