PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalı, işğal etdiyi ərazilərdən çəkilməlidir.
“İki sahil” xəbər verir ki, bunu İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Bağdadda keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Bu, bölgənin sabitliyi və təhlükəsizliyi üçün, xarici müdaxilələrin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir", - Fidan vurğulayıb.
Qeyd edək ki, oktyabrın 26-da PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Təşkilatın Suriyada YPG/PYD qolları fəaliyyət göstərir.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib