02 noyabr 2025 13:13
142

Şimali Makedoniyada yerli seçkilərin ikinci tutu keçirilir

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilərdə ikinci tur səsvermə keçirilir. 

“İki sahil” xəbər verir ki,  ikinci tur səsvermə 33 bələdiyyəni əhatə edir. Əsas mübarizə isə paytaxt Skopye bələdiyyəsinə seçkilərdədir. Bələdiyyə sədrləri və şura üzvlərini müəyyən etmək üçün 1 milyondan çox seçici səsvermə hüququna malikdir. 

Qeyd edək ki, oktyabrın 19-da Şimali Makedoniyada 81 bələdiyyə üzrə sədrlər və şura üzvlərini müəyyən etmək üçün seçkilər keçirilib. Seçkilərdə bələdiyyə sədri vəzifəsi uğrunda 309, ümumilikdə isə 10 min 490 namizəd mübarizə aparıb. İlk turda hakim sağ mərkəzçi “VMRO DPMNE” partiyası rəqibləri üzərində inamlı qələbə qazanıb, 50-dən bələdiyyə üzrə çox səsvermədə birinci olub.

Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilər keçirilir və bu, sayca 8-cidir. Daha əvvəl 1996-cı, 2000-ci, 2005-ci, 2009-cu, 2013-cü, 2017-ci və 2021-ci illərdə seçkilər baş tutub.