ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa Suriyanın ABŞ-ın rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədləri imzalayacaq.
Tom Barak, həmçinin bildirib ki, Əl Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib