Polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsi, Şiyəkəran və Kələdəhnə kəndlərinin ərazisində keçirilən növbəti tədbirlər zamanı çöl quşlarının qanunsuz ovu ilə məşğul olan R.Feyziyev, R.Mahmudov, X.Məmmədov və Ş.Feyziyev saxlanılıblar.
Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq
Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib