21 may 2025 13:59
102

Makron Rumıniyada keçirilən seçkilərə görə NİYƏ NARAHAT OLUB?

Fransa prezidenti Emmanuel Makron Rumıniyada keçmiş prezidentliyə namizəd George Simione qalib gələrsə, Rumıniyanın Ukrayna və Moldovaya yardımı əngəlləyə biləcəyindən narahat idi.

“İki sahil” xəbər verir ki,  bunu "Politico"ya Rumıniyanın seçilmiş prezidenti Nikuzor Dan deyib.

“Makron mənimlə son dərəcə mehriban idi və həm də narahat idi, çünki bu, təkcə Rumıniya məsələsi deyil” - deyə, o, qeyd edib.

Dan Makronla telefonda danışdığını bildirib. O, Fransa liderinə Avropanın müdafiə inteqrasiyasını dəstəkləmək istədiyini bildirib.

“Makron Dana bildirib ki, Simion Moldova və Ukraynaya yardımın qarşısını ala biləcəyindən narahatdır”, - məqalə müəllifləri qeyd ediblər.

Dan daha əvvəl Ukraynaya qoşun göndərməyin yersiz olduğunu bildirmişdi.