21 may 2025 08:12
90

Türkiyə və ÇİN-in XİN rəsmiləri Əfqanıstandakı humanitar vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci Çin Xarici İşlər Nazirliyinin Əfqanıstanla iş üzrə xüsusi nümayəndəsi Yue Syaoyun ilə Əfqanıstandakı durumu müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti qeyd olunub.

“Nazir müavinimiz səfir Berris Ekinci ÇXR Xarici İşlər Nazirliyinin Əfqanıstanla iş üzrə xüsusi nümayəndəsi Yue Syaoyunla görüşüb”, – XİN-in sosial şəbəkə hesabındakı müvafiq postunda yazılıb.

Bildirilib ki, tərəflər Əfqanıstanla qarşılıqlı əlaqə və ölkədəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində səyləri müzakirə ediblər.