21 may 2025 11:19
101

Bayden 10 ildən artıqdır ki...

ABŞ-ın keçmiş prezidenti Co Bayden 2014-cü ildən prostat xərçəngi üçün yoxlanılmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə NBC telekanalı siyasətçinin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

“Prezident Bayden sonuncu dəfə 2014-cü ildə PSA (prostata xas antigen) testi aparmışdı”, - deyə, nümayəndə bildirib.

"The Wall Street Journal" qeyd edir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ötən ay PSA testindən keçib və nəticələr Ağ Ev tərəfindən açıqlanıb.