02 may 2025 09:12
144

NDTV: Dehlidə güclü yağış nəticəsində dörd nəfər ölüb

Dehlinin Milli Paytaxt Bölgəsinin (Yeni Dehli də daxil olmaqla) bir neçə ərazisi cümə günü gecə yağan güclü yağışdan sonra su altında qalıb.

İki sahil” xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Qeyd edilib ki, Yeni Dehlidə onlarla ağac aşıb, bəzi binalar dağılıb. Dörd nəfərin öldüyü bildirilir.

Pis hava şəraiti Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında 120-dən çox reysi təxirə salıb. Çoxları başqa şəhərlərə yönləndirilib. Qatarların hərəkət cədvəlində də pozuntular olduğu barədə məlumatlar var.

Dehli səlahiyyətliləri sakinlərə mümkünsə evdə qalmağı tövsiyə edib. Hindistan Meteorologiya Departamenti şənbə gününə qədər paytaxtda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib, güclü yağış, tufan və güclü külək proqnozlaşdırır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”