Əhmədiyyə Cəbrayılov 1920-ci ilin 22 sentyabrında Şəki rayonunun Oxud kəndində anadan olub.
O, Kənd Təsərrüfatı Texnikumunu bitirəndə müharibə başlayıb və daha sonra könüllü müharibəyə getmək və cəbhədə kəşfiyyatçı olmaq istədiyini bildirib.
Əsirlikdən qaçmış partizan idi Əhmədiyyə Cəbrayılov. O, "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib, Fransanın yüksək mükafatları və orden-medalları ilə təltif olunub.
Döyüşdüyü dağlarda əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova xatirə lövhəsi qoyulub.