01 may 2025 14:13
99

İtaliyalı parlamentarilər Ağdama gəliblər - FOTO

İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəliblər.

“İki sahil” xəbər verir ki, nümayəndə heyəti hazırda Ağdam şəhərində İmarət kompleksi ilə tanış olurlar.

İtaliyalı parlamentarilərin Ağdamdan sonra Şuşa və Xankəndiyə də səfəri nəzərdə tutulur.

Qonaqları Milli Məclisin deputatı Azər Kərimli müşayiət edir.