29 aprel 2025 14:09
108

LG iyunun 30-da smartfonları üçün yeniləmələri dayandıracaq

Cənubi Koreya şirkəti LG 2025-ci il iyunun 30-dan etibarən mobil cihazlar üçün proqram təminatının yenilənməsi xidmətlərini təqdim etməyi dayandıracaq.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

“LG Electronics mobil telefon məhsullarını hər zaman dəstəkləyən bütün müştərilərə səmimi təşəkkürümüzü bildirmək istərdik... Lazım gələrsə, xidmət müddəti 30 iyun 2025-ci ildə başa çatana qədər proqram təminatını yeniləyin”, - məlumatda deyilir.

Martın sonunda Cənubi Koreyanın “LG Electronics” şirkəti Ukraynada xüsusi əməliyyat başlayandan sonra dayandırılmış Moskva zavodunun sınaq buraxılışını həyata keçirdiyi barədə məlumat yaymışdı. Şirkət nümayəndəsi qeyd edib ki, Rusiya filialının gələcək fəaliyyəti məsələsi hökumətlərarası razılaşmalardan asılı olacaq.