27 noyabr 2024 17:31
88

Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ədliyyə naziri Fərid Əhmədovun noyabrın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qəbul dekabrın 6-da keçiriləcək.