Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) tərəfdaşlığı ilə Portuqaliyanın Kaşkaiş şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu çərçivəsində təşkilatın Baş katibi Antonio Quterreş ilə xüsusi görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, görüş zamanı COP29 iqlim sammiti, beynəlxalq çağırışlar və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Belə toplantıların mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Baş katibə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı Qlobal Bakı forumları, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq və digər təşəbbüslər haqqında məlumatlar verilib.
Bundan əlavə, Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmaların illüstrasiyası əsasında hazırlanmış xatirə qəpiyi BMT-nin Baş katibinə hədiyyə olunub.