31 oktyabr 2024 09:20
164

Gözətçiləri balqabaqla aldadıb həbsxanadan qaçdı - İngiltərədə

Linkolnşirdə (İngiltərə) ömürlük həbs cəzasına məhkum edilmiş 54 yaşlı Aaron Vud həbsxana mühafizəçilərini aldadaraq qaçıb.

“İki sahil”in məlumatına görə, o, kombinezonu paltarla doldurub və baş olaraq balqabaqdan istifadə edərək mühafizəçiləri yatdığına inandırıb.

“Mirror”un məlumatına görə, Vudun yoxa çıxması yalnız səhər saatlarında aşkar edilib.

Polis qaçan şəxsi iki gündən sonra təxminən 70 km aralıda tapıb.

29 məhkumluğu olan bir cinayətkar qaçmaqda və soyuq silah saxlamaqda günahını etiraf etdi.

Qeyd olunduğu kimi, qaçaq ciddi rejimli koloniyaya köçürüləcək. Onun işi üzrə intizam komissiyasının növbəti iclası ən azı 20 aydan sonra keçiriləcək.

Bundan əvvəl Talqar təcridxanasından qaçan şübhəlinin əsas cəzadan əlavə 3 ilə qədər həbs cəzası ala biləcəyi bildirilirdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”