27 noyabr 2024 09:23
81

Bayden və Netanyahu Livanda atəşkəs elan ediblər

İsrail ordusu ilə Livanın Hizbullah təşkilatı arasında iki aylıq açıq müharibədən sonra Livanda atəşkəs qüvvəyə minib.

“İki sahil”in ANSA-ya istinadən verdiyi məlumatına görə, atəşkəs ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən eyni vaxtda Vaşinqton və Təl-Əvivdən elan edilib.

Ağ Evin yaydığı açıqlamada qeyd edilib ki, Hizbullaha, artıq İsrailin təhlükəsizliyini təhdid etməyə icazə verilməyəcək: "Cənubi Livada Amerika qoşunları olmayacaq. Atəşkəs Livan üçün yeni başlanğıcdır". Livanın Baş naziri Nəcib Mikati atəşkəsi “regional sabitliyə doğru fundamental addım” kimi şərh edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”