27 noyabr 2024 11:49
67

Rusiyanın Birinci Kanalının Almaniya bürosu bağlanıb

Rusiyanın Birinci Kanalının Berlindəki bürosunun əməkdaşlarına Almaniyanı tərk etmək əmri verilib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, yerli müxbir İvan Blaqoy bildirib ki, Almaniya hakimiyyəti  telekanalın Almaniya bürosunu bağlamaq qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri tətbiq etməklə hədələyib.

Blaqoy və həmkarı Dmitri Volkov dekabrın birinci yarısında Almaniyanı tərk etməlidirlər. Onun sözlərinə görə, Almaniya hakimiyyət orqanlarından müvafiq sənədi dünən, dekabrın 26-da alıblar. O, kanalın bağlanmasının səbəblərini açıqlamayıb.