31 oktyabr 2024 09:09
170

ABŞ sanksiyalarının əleyhinə səs verən Argentinanın XİN başçısı istefaya göndərildi

Argentinanın BMT Baş Assambleyasında ABŞ-ın Kubanı iqtisadi blokadaya alması əleyhinə səs verməsindən sonra Argentina prezidenti Xavyer Milei xarici işlər naziri Diana Mondinonu istefaya göndərib.

“İki sahil” xəbər verir ki, prezidentlik mənbələri bunu ANSA-ya təsdiqləyib.

Prezidentin sözçüsü Manuel Adorni deyib ki, yeni xarici işlər naziri Argentinanın ABŞ-dakı hazırkı səfiri Gerardo Verthein olacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”